Şuşada ucaldılan məscidin fasad elementləri fibro betondan istehsal olunur

Qarabağın mədəniyyət paytaxtı Şuşada tikintisi davam edən məscid layihəsində fasad elementlərinin istehsalını Crystal Fibro Concrete həyata keçirir.
Şuşada tikintisi davam edən məscid layihəsində fasad və memarlıq elementlərinin istehsalı Azərbaycan şirkəti Crystal Fibro Concrete tərəfindən aparılır.
Layihə çərçivəsində ilk mərhələdə nümunə sütun istehsal edilib. Şirkət hazırda sütunlarla eyvanın birləşmə detallarının həlli üzərində işləyir; bu mərhələ başa çatdıqdan sonra istehsal mərhələsinə keçiləcək.
İki minarəsi və şəbəkəli günbəzi ilə seçilən memarlıq həllində şüşə lifi ilə gücləndirilmiş beton (GRC) panellərdən istifadə olunur. Material incə detalların dəqiq təkrarlanmasına imkan verir və konstruksiyaya düşən yükü azaldır.