Metaprekast
Metaprekast Crystal Fibro Concrete qurulmazdan əvvəl işlərimizi həyata keçirdiyimiz qrup şirkətimizdir. 15 ildən artıqdır ki, tikinti sektorunda prekast fasad örtükləri sahəsində xidmət göstərən Metaprekast Türkiyə (Samsun) və Azərbaycan (Bakı) ofisləri ilə ölkə daxilində və xaricdə otel, xəstəxana, biznes mərkəzi, yaşayış kompleksi, ticarət mərkəzi və məktəb kimi bir çox mühüm binaya imza atmışdır.
Layihələndirmə, dizayn, detal, istehsal və yerində montaj mərhələlərinin hamısını öz üzərinə götürən Metaprekast istehsalda sprey və premiks GRC – GFRC texnologiyalarından istifadə edir. Bunun sayəsində ənənəvi üsullardan daha yüngül, davamlı, zərbə və aşınmaya qarşı müqavimətli elementlər dəqiq tolerantlıqlarla istehsal olunur.
Gənclik yeraltı keçidi, Rixos Quba, Teymur Əliyev villaları və 28 Mall ticarət mərkəzi kimi layihələrdə qazanılan bu təcrübə bu gün Crystal Fibro Concrete çətiri altında eyni komanda və eyni keyfiyyət anlayışı ilə davam edir.
