St. Regis Bakının lobbi panelləri fibro betondan istehsal olunur

Bakının sahil xəttində ucalan St. Regis layihəsində lobbinin daxili divar panellərinin istehsalını Crystal Fibro Concrete həyata keçirir.
Bakıda tikintisi davam edən St. Regis layihəsində lobbinin daxili divar panellərinin detallandırılması və istehsalı Azərbaycan şirkəti Crystal Fibro Concrete tərəfindən aparılır.
Lobbidə tavana qədər ucalan yelkən formalı panellər 7,15 ilə 8,50 metr arasında dəyişən tavan hündürlüklərinə uyğun həll edilib. A-dan L-ə qədər 12 fərqli panel tipi müəyyən olunub; hər tip öz əyriliyi, eni və rəngi ilə istehsal edilir. Panellərin üst kənarında lobbini dolanan 50 santimetr enində bant var.
Şüşə lifi ilə gücləndirilmiş beton (GRC) panellər alüminium profil və qalvanizli təbəqədən ibarət daşıyıcı sistemə bərkidilir; birləşmələrdə EPDM conta və lent, silikon və daş yunu izolyasiya istifadə olunur. Layihənin daxili memarlıq dizaynı Kristina Zavic Design Consultants şirkətinə aiddir; detallandırma işləri davam edir.